- 17:06
Cənubi Koreyanın Miryanq şəhərində baş verən meşə yanğını iki gündür davam edir.
E-huquq.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, paytaxt Seuldan təxminən 280 kilometr cənub-şərqdə yerləşən bir təpədən başlayan yanğını söndürmək hələ də mümkün olmayıb.
Yanğın xəttinin 6 kilometr uzunluğunda olduğu və təxminən yarısının nəzarət altına alındığı bildirilib.
Yanğın nəticəsində heç bir canlı itki qeydə alınmayıb.
Yanğınla əlaqədar olaraq, ümumilikdə 184 nəfər təxliyə edilib.
Rəsmilər bildirib ki, güclü külək yanğınsönürmə işləriniə mane olur. Yanğının nəzarət altına alınması üçün təxminən 48 saatdan çox vaxt lazımdır.
Yanğınsönürmə işlərinə 600-dən çox şəxsi heyət və təxminən 160 texnika cəlb olunub.
Yusif Şükürov