- 17:06
İngiltərədə heyvana işçgəncə verən 2 tələbə həbs edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Plumpton Kənd Təsərrüfatı Kollecinin tələbələri olan 22 yaşlı Leighton Ashby və 20 yaşlı Oakley Hollands qoyunun qulağına və ağzına fişəng yerləşdirərək partladıb.
Qoyun hadisə zamanı aldığı xəsarətlərdən ölüb.
Tələbələr törətdikləri əməli mobil telefonları ilə video lentə alıblar.
Tələbələr heyvana əzab verməkdə günahkar olduqlarını etiraf etdilər.
Onlardan biri 2 il, digəri isə 20 ay həbs cəzasına məhkum edilib.
Heyvan haqları müdafiəçiləri məhkəmə qarşısına yığışaraq qərara etiraz ediblər.
Onlar şübhəlilərin daha ağır cəza almalarını istəyib.
Şəbnəm Mehdizadə