ABŞ-də polisə qartopu atan şəxslərlə bağlı cinayət işi başlanılıb


  • 16:33

ABŞ-də polisə qartopu atan şəxslərlə bağlı cinayət işi başlanılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nyu York Polis Departamentinin (NYPD) komissarı Jessica Tisch məlumat verib.

Polis rəsmisi bildirib ki, polis vəzifə başındaykən bir qrup şəxs onlara qartopu atıb.

Yayılan görüntülərdə polislərin hədəf alındığı və qartopu ilə güclü bombardman edildiyi görünür.

Komissar Tisch görüntüləri nəzərdən keçirdiklərini söyləyib.

"Bu davranış utancvericidir və cinayət təşkil edir" - deyə o bildirib.

Tisch hadisə ilə bağlı istintaq başladıldığını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər