Yəməndə yol qəzasında 16 nəfər həlak olub


  • 10:33

Yəmənin cənubundakı Abyan əyalətində baş verən yol qəzasında 16 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə Yəmən dövlət televiziyası məlumat yayıb.

Məlumatına görə, Əl-Məhfəd rayonunun Lahmar ərazisindəki Abyan-Şəbva magistral yolunda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.

Toqquşmadan sonra mikroavtobus alovlanaraq yanıb və içindəki bütün sərnişinlər həlak olub.

Qəzada 8 qadın və uşaq da daxil olmaqla 16 nəfər həyatını itirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər