- 11:55
Türkiyənin 10 əyalətində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlarda 10 şübhəli şəxs saxlanılıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, h əmin şəxslərin "cinayət törətmək üçün təşkilat yaratmaq", "narkotik qaçaqmalçılığı" və "cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulması" kimi cinayətlər törədən təşkilatlarla əlaqəli olduqları müəyyən edilib.
Şübhəlilərlə bağlı aparılan araşdırmalar nəticəsində onların beynəlxalq səviyyədə və Türkiyədə müsadirə edilmiş 10 ton 250 kiloqram narkotik maddəyə görə məsuliyyət daşıdıqları məlum olub.
Bu araşdırmalardan sonra hüquq-mühafizə orqanları İstanbul, Hakkari, Ankara, Bursa, İzmir, Hatay, Mersin, Van, Diyarbəkir və Mardin şəhərlərindəki ünvanlarda eyni vaxtda əməliyyatlar keçirərək 10 şübhəlini saxlayıblar.
İstintaq çərçivəsində cinayət yolu ilə əldə edildiyi güman edilən 135 əmlak, 47 nəqliyyat vasitəsi və kommersiya nəqliyyat vasitəsinin nömrə nişanı, eləcə də 42 şirkət səhmi də müsadirə edilib.
Şübhəlilər polis bölməsinə aparılıb.
Şəbnəm Mehdizadə