Türkiyənin bu şəhərini su basdı - Əhali təxliyə edildi


  • 10:40

Türkiyənin Ədirnə yağan güclü yağışlar çaylardada suyun səviyyəsinin qalxmasına səbəb olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Yunanıstan və Bolqarıstanda yağan güclü yağışlar zamanı Ədirnədəki Arda, Tunca və Meriç çaylarında suyun səviyyəsi sürətlə artıb.

Nəticədə bəzi yaşayış məntəqələri və təsərrüfatlar su altında qalıb.

Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, Ədirnə valiliyi dərhal hərəkətə keçib.

Yüksək riskli bölgələrdə təxliyə əməliyyatlarına start verilib və Bosnaköy məhəlləsindəki sakinlər təhlükəsiz ərazilərə köçürülüb.

Daşqın nəticəsində köməksiz vəziyyətdə qalan 3 vətəndaş xilas edilərək təhlükəsiz əraziyə aparılıb.

Zərər çəkmiş bölgələrdəki vətəndaşlara xəbərdarlıqlar edilib.

Axtarış-xilasetmə və təxliyə işlərinə 539 nəfərlik personal, 157 nəqliyyat vasitəsi, 23 motor nasosu və 11 axtarış-xilasetmə gəmisi cəlb edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər