Bağdad Hava Limanı bağlandı


  • 10:45

Bağdad Beynəlxalq Hava Limanının müvəqqəti olaraq bağlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyinin sözçüsü Meysəm əs-Safi İraqın rəsmi xəbər agentliyi INA-ya açıqlamasında məlumat verib.

O, hava limanının müvəqqəti bağlanmasının təcili texniki nasazlıq səbəbi ilə ehtiyat tədbiri olaraq həyata keçirildiyini bildirib.

"Sözügedən texniki problem üzərində işləyən ekspert qrupları artıq problemi müəyyən etməyə və təmir işlərinə başlanıb", - deyə Safi qeyd edib.

O, həmçinin, hava limanının yaxın saatlar ərzində uçuşlara yenidən açılacağını vurğulayıb.

Bağdad Beynəlxalq Hava Limanının bağlanmasına səbəb olan hər hansı yerli və ya beynəlxalq təhlükəsizlik problemləri ilə bağlı iddiaları isə rədd edib.

Qeyd edək ki, uçuşların qəfil dayandırılması ilə bağlı xəbərlər sosial mediada geniş yayılıb. Lakin məsələnin texniki xarakter daşıdığı və hər hansı təhlükəsizlik riski olmadığı bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər