- 11:55
Türkiyənin Diyarbəkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Diyarbəkirin Çınar rayonunda iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Qəzadan sonra hadisə yerinə təcili yardım və jandarma qrupları cəlb edilib.
Yarlılar dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə