- 12:13
Braziliyanın Minas Gerais ştatında şiddətli yağışlar genişmiqyaslı daşqınlara səbəb olub.
E-huquq.az xəbər verir k, daşqınlar nəticəsində ən azı 23 nəfər həyatını itirib, 47 nəfər itkin düşüb.
Minas Gerais qubernatoru Romeu Zema mətbuata verdiyi açıqlamada, Juiz de Forada 16, Ubada isə 7 nəfərin öldüyünü bildirib.
O, üç günlük milli matəm elan edildiyini deyib.
Qubernator axtarış-xilasetmə qruplarının itkin düşmüş şəxsləri tapmaq üçün yorulmadan çalışdığını əlavə edib.
Məlumatlarda Juiz de Forada daşan çaylar səbəbindən ən azı 440 nəfərin evsiz qaldığı və ölənlərin sayının daha da artacağı bildirilib.
Braziliya səlahiyyətliləri fevral ayında ştatda normal yağıntı miqdarından iki dəfə artıq yağışın düşdüyünü, bunun da rekord səviyyədə ən yağışlı ay olduğunu açıqlayıblar.
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, Minas Gerais ştatına yağan güclü yağışlar nəticəsində hökumətin təcili yardım səfərbərliyinə başladığını bildirib.
Şəbnəm Mehdizadə