Meksikada iğtişaşlar zamanı ölənlərin sayı 73-ə çatıb


  • 11:01

Meksikada kartel lideri El Mençonun öldürülməsindən sonra baş verən iğtişaşlar zamanı ölənlərin sayı 73-ə çatıb.

E-huquq.az Meksika mətbuatına istinadən xəbər verir ki, kartel üzvlərinin törətdiyi zorakılıq bir neçə ştatda, xüsusilə Xaliskoda davam edir.

İndiyədək qarşıdurmalarda 25-i təhlükəsizlik işçisi olmaqla ümumilikdə 73 nəfər ölüb.

Meksikanın Təhlükəsizlik naziri Omar Qarsia Harfuch təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib və ictimaiyyəti sakit olmağa çağırıb.

O, əksər yolların nəqliyyatın hərəkətinə açıldığını, təhlükəsizlik qüvvələrinin nəzarəti bərpa etdiyini bildirib.

Lakin sosial şəbəkələrdə yayılan görüntülərdə bir çox ştatlarda yolların bağlanması, avtomobillərin yandırılması və təhlükəsizlik qüvvələrinə hücumların davam etdiyi görünür.

Hökumət bəzi ştatlara 10 min əsgər yerləşdirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər