Kanada Ukraynaya 2 milyard dollarlıq hərbi yardım ayırır


  • 11:32

Kanada Ukraynaya təxminən 2 milyard dollar hərbi yardım edəcək.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın baş naziri Mark Karni məlumat verib.

Karni Moskva və Kiyev arasında davam edən müharibənin dördüncü ildönümü ilə bağlı verdiyi açıqlamada Ukraynaya təxminən 2 milyard dollar yardım vəd edib.

Karni bu yardımın Kiyevə daha ​​möhkəm ordu yaratmağa kömək edəcəyini və Rusiyanın hücumları nəticəsində zədələnmiş infrastrukturun bərpası üçün 20 milyon dollar ayırdıqlarını bildirib.

Baş nazir qeyd edib ki, Kanada 2022-ci ildən bəri Ukraynaya 25,5 milyard dollardan çox yardım edib, bunun 13 milyard dollarından çoxu birbaşa maliyyə dəstəyidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər