"Təhlükəsizlik qüvvələri sabitliyi bərpa etmək üçün yorulmadan çalışır" - Meksika prezidenti


  • 11:40

"Meksikada daxili təhlükəsizlik riski mövcud deyil".

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Meksika prezidenti Klaudiya Şeynbaum söyləyib.

O, təhlükəsizlik qüvvələrinin sabitliyi bərpa etmək üçün yorulmadan çalışdığını bildirib.

Qeyd edək ki, kartel lideri El Mençonun öldürülməsindən sonra ölkənin müxtəlif ştatlarında iğtişaşlar başlayıb.

Qvadalaxarda kartel üzvləri yük maşınlarını yandırıb və yolları bağlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər