Luvr muzeyinin direktoru istefa verdi


  • 12:13

Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyinin direktoru Laurens des Cars istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, son aylarda muzeydə baş verən soyğunçuluq halları, işçi tətilləri və su sızması kimi problemlər direktorun bu qərarı almasına səbəb olub.

Yelisey Sarayından verilən açıqlamada onun istefa ərizəsinin prezident Makrona təqdim olunduğu bildirilib.

Açıqlamada, həmçinin Luvr Muzeyinin gələcəkdə daha təhlükəsiz və müasir bir qurum olacağı və yeni təşəbbüslərə ehtiyacı olduğu vurğulanıb.

Makron direktora Fransanın G7-yə sədrliyi dövründə üzv ölkələrin əsas muzeyləri arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə xüsusi tapşırıqlar verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər