Cənubi Koreyada 15 ildə ən sürətli doğum artımı qeydə alınıb


  • 14:20

Cənubi Koreyada 2025-ci ildə doğum nisbəti 2010-cu ildən bəri ən sürətli illik artımı göstərib.

E-huquq.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya Statistika Bürosu yeni doğum məlumatlarını açıqlayıb. Bildirilir ki, ötən il ölkədə 254 500 körpə dünyaya gəlib ki, bu da 2024-cü illə müqayisədə 16 100 nəfərlik artım deməkdir. Yenidoğulmuşların sayındakı 6,8%-lik artım 2010-cu ildən bəri ən sürətli illik artım kimi qeydə alınıb.

Ümumilikdə, ölkədə doğum nisbəti 2024-cü illə müqayisədə 0,05 artaraq 0,8-ə çatıb və bu, son 4 ildə ən yüksək səviyyə hesab olunur.

Eyni zamanda Statistika Bürosu 2025-ci ildə ölüm sayının hər il 1,3% artaraq 363 400 nəfərə çatacağını, nəticədə isə təbii əhalinin 110 000 nəfər azalacağını proqnozlaşdırıb.

Büro rəsmisi Park Hyun-jeong bildirib ki, yeni doğulmuş körpələrin sayının artmasının əsas səbəbi nikah nisbətlərinin yüksəlməsi və 2021-ci ildən bəri ən məhsuldar yaş qrupu olan 30 yaşlarının əvvəllərində qadınların sayının davamlı artmasıdır.

Qeyd edək ki, 2023-cü ildə Cənubi Koreyada 0,72-lik doğum nisbəti ilə ölkə tarixində ən aşağı göstərici qeydə alınmışdı.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər