Rusiya "Google" və "Telegram"ı cərimələdi


  • 15:21

Rusiyada məhkəmə "Google" və "Telegram" şirkətlərini cərimələyib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Google Play" vasitəsilə VPN xidmətlərinə çıxış təmin etdiyinə görə "Google" 22 milyon rubl (təxminən 288.000 dollar), "Telegram" isə qadağan olunmuş məzmuna girişin bloklanmamasına görə 7 milyon rubl (təxminən 91.680 dollar) cərimələnib.

Məhkəmənin qərarına görə, "Google" qanunu pozaraq istifadəçilərə VPN xidmətlərinə çıxış imkanı verib. "Telegram" isə tətbiqi vasitəsilə spirtli içki satışı və LGBT təbliğatını təşviq edən məzmunu silmədiyi üçün məsuliyyətə cəlb edilib.

Oxşar cərimələr əvvəllər ölkədə fəaliyyət göstərən digər xarici platformalara, o cümlədən "Apple", "Instagram", "TikTok" və "Facebook"a da tətbiq olunub.

Yusif Şükürov

Oxşar xəbərlər