- 15:55
Haitidə 1,4 milyon insan didərgin düşüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.
Qurumun yaydığı bəyanatda bildirilib ki, cinayət və zorakılıq hallarının kəsin artdığı Haitidə humanitar ehtiyaclar artır.
Amerika qitəsinin ən yoxsul ölkələrindən biri olan Haiti illərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları kimi fundamental problemlərlə mübarizə aparır.
11 milyondan çox əhalisi olan ölkədə aclıq təhlükəsi hökm sürür.
2025-ci ilin aprel-iyun ayları arasında Haitidə ən azı 1520 nəfər ölüb, 600-dən çox insan yaralanıb.
BMT-nin məlumatlarına görə, bu qətl və yaralanmaların 60 faizindən çoxu təhlükəsizlik qüvvələrinin cinayətkar dəstələrə qarşı əməliyyatları zamanı baş verib.
Şəbnəm Mehdizadə