Türkiyədə siqaretdən imtina etmək istəyənlərin sayı 60 faiz artıb


  • 15:35

Türkiyədə siqaretdən imtina etmək istəyənlərin sayı 60 faiz artıb.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kamal Memişoğlu məlumat verib.

O, siqaretdən imtina klinikalarına müraciətlərin ötən ilin ilk 1,5 ayı ilə müqayisədə 60 faiz artdığını açıqlayıb.

"Birlikdə siqaretdən imtina edirik. Birlikdə uğur qazanacağıq. Siqaretdən imtina klinikalarımıza müraciətlər ötən ilin ilk 1,5 ayı ilə müqayisədə 60 faiz artıb. 2025-ci ildə 30.675, 2026-cı ildə isə 48.841 müraciət daxil olub. Bu, millətimizin sağlamlığı seçdiyini açıq şəkildə göstərir. İndi siqaretdən azad Türkiyənin vaxtıdır", - deyə o bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər