Quşa spirtli içki içirdi - Həbs olundu


  • 17:36

ABŞ-da qorunan vəhşi quşa spirtli içki içirməkdə ittiham olunan şəxs həbs olunub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Los-Anceles yaxınlığındakı Cənubi Uittier ərazisində yerləşən Amelia Mayberry Parkında baş verib.

İnternetdə yayılan videoda 25 yaşlı Sezar Qustavo Diaz adlı gəncin gənc yırtıcı quşun sferik kokteyl qabından spirtli içki içdiyi əks olunub.

Məhkəmə prosesində Diaz ittiham üzrə özünü təqsirli bilmədiyini bəyan edib.

Diaz istintaqa ifadəsində quşu yenidən vəhşi təbiətə buraxdığını iddia edib.

Məhkəmənin qərarına əsasən, o, heyvanlara işgəncə vermə ittihamı ilə 45 gün həbs və 1 il şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, 1918-ci ildə qəbul edilmiş federal qanunlara əsasən, Kuper şahini kimi qorunan quş növlərini tutmaq, saxlamaq və ya onlara zərər vermək ağır cinayət sayılır. Bu yırtıcı quşlar təbii mühitdə əsasən dələ və digər kiçik məməlilərlə qidalanır və uzunluğu təxminən 38 santimetrə çata bilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər