- 10:07
Rusiyanın Kamçatka sahillərində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzi məlumat yayıb.
Zəlzələ şəhərdən 236 km aralıda baş verib.
Təkanların episentri 32,9 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Humay Eminqızı