Türkiyədə qara görə məktəblər bağlandı


  • 11:57

Türkiyəni təsiri altına alan soyuq və qarlı hava səbəbindən ölkənin bir sıra şəhər və rayonlarında məktəblər müvəqqəti bağlanıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, ölkənin müxtəlif bölgələrində davam edən qar yağışı, don və buzlanma səbəbindən tədris prosesi dayandırılıb.

Belə ki, lverişsiz hava şəraitinə görə Erzurum, Gümüşhane, Tunceli, Malatya, Bingöl, Bayburt, Erzincan, Kahramanmaraş, Konya, Ordu və Giresun şəhərlərində məktəblər bağlanıb.

Sözügedən rayonlarda hava şəraitinə uyğun olaraq müxtəlif qabaqlayıcı tədbirlərin görüldüyü vurğulanıb.

Humay Eminqızı

Oxşar xəbərlər