Çin ABŞ-ın İrana hərbi müdaxiləsi ehtimalına dair mövqeyini açıqladı


  • 11:59

Çin ABŞ-nin İranla hərbi münaqişəyə başlamayacağına ümid edir.

E-huquq.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

"Ümid edirik ki, bütün tərəflər sülhü qiymətləndirəcək, təmkin göstərəcək və fikir ayrılıqlarını dialoq yolu ilə aradan qaldıracaqlar", - deyə o, brifinqdə jurnalistin ABŞ tərəfinin İrana hücum edəcəyi halda Pekinin Tehrana dəstək verib-verməyəcəyi barədə sualına cavab olaraq bildirib.

Diplomatın sözlərinə görə, Çin indiki vəziyyətdə məsuliyyətli böyük dövlət rolunu oynamağa davam etməyə hazırdır. O deyib ki, Çin hakimiyyəti İranla bağlı hadisələri diqqətlə izləyir.

"Çin ardıcıl olaraq problemlərin siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır. Biz beynəlxalq münasibətlərdə güc tətbiqinə və ya təhdidinə qarşıyıq", - rəsmi nümayəndə bildirib.

O xatırladıb ki, Çin İran tərəfi ilə ənənəvi dostluq münasibətlərini inkişaf etdirib: "Çin İran hökuməti və xalqını milli sabitliyin təmin edilməsində, onların qanuni hüquq və mənafelərinin qorunmasında dəstəkləyir".

Humay Eminqızı

Oxşar xəbərlər