- 13:54
Somaliada təxminən 6,5 milyon insan şiddətli quraqlıq, münaqişələr və qlobal humanitar yardımın azalması səbəbindən ciddi aclıq təhlükəsi ilə üzləşib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi qurumlar Somalidə humanitar böhranın dərinləşdiyini bildirir.
İnteqrasiya olunmuş Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) hesabatına istinadən, mart ayının sonuna qədər ölkədəki vəziyyətin pisləşməsi ilə 6,5 milyon insanın ciddi aclıqla qarşılaşacağı vurğulanıb.
Hesabatda, həmçinin qeyd olunur ki, 2026-cı ilə qədər 5 yaşdan kiçik 1,84 milyon uşaq kəskin qidalanma çatışmazlığından əziyyət çəkəcək və onlardan təxminən 500 mini ağır qidalanma problemi ilə üzləşəcək.
BMT-nin Somali üzrə Humanitar Koordinatoru Corc Konvey və Somali Fəlakətlərin İdarə Edilməsi Agentliyinin komissarı Məhəmməd Müəllim Əbdül həyat qurtaran dəstəyin təcili olaraq artırılmasının vacibliyini vurğulayıblar.
Humay Eminqızı