- 13:54
Ukraynanın səkkiz bölgəsində kritik infrastruktur obyektlərinin dağılması qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında məlumat verib.
O bildirib ki, Kiyev bölgəsində və Dnepropetrovsk vilayətində partlayışlar nəticəsində elektrik yarımstansiyaları zərər görüb. Poltava vilayətinin qaz infrastrukturuna ziyan dəyib.
Zelenskinin sözlərinə görə, Çerniqov, Xarkov, Kirovohrad, Vinnitsa, Kiyevdə, eləcə də Ukrayna hakimiyyətinin nəzarətində olan Zaporojya şəhərində təmir işləri aparılır.
Humay Eminqızı