- 13:54
Çirkli pulların yuyulmasında təqsirləndirilən videobloqer Hüseyn Həsənov özünü təqsirli bilmir.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə bloqqerin vəkillərindən biri məlumat verib.
Xatırladaq ki, Prokurorluq daha əvvəl H.Həsənovun barəsində olan cinayət işi üzrə ittiham aktını təsdiqləyib.
Ona, Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi (cinayət törətməklə şəxsin əldə etdiyi pul vəsaitlərinin leqallaşdırılması (yuyulması)) ilə qiyabi ittiham irəli sürülüb.
H.Həsənov qiyabi həbs edilərək axtarışa verilib.
Humay Eminqızı