- 12:15
Livanda bütün özəl və dövlət təhsil müəssisələrində İsrailin hücumlarına görə dərslər dayandırılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livanın Təhsil Nazirliyi məlumat yayıb.
Qərar təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqlar nəzərə alınaraq qəbul edilib.
Nazirlik aidiyyəti orqanlarla birgə hadisələrin hər gün qiymətləndiriləcəyini və ictimai təhlükəsizlik tələblərinə uyğun qərarlar qəbul edəcəyini vurğulayıb.
Bəyanatda həmçinin Livana edilən hücumlar pislənilib.
Bundan başqa, Livanın müxtəlif bölgələrindən çoxlu köçkünün hazırda məktəblərdə məskunlaşdığı qeyd olunub.
Qeyd edək ki, İsrail ordusu Livanın cənubunda və Bekaa vadisində 50-dən çox kənd və qəsəbəni hücumla hədələyərək, sakinlərdən evlərini tərk etməyi tələb edib.
Şəbnəm Mehdizadə