- 13:04
ABŞ prezidenti Donald Tramp İrana qarşı hücumların dörd həftə və ya daha az davam edə biləcəyini açıqlayıb.
E-huquq.az "Daily Mail"ə istinadən məlumatına görə, Tramp İranın böyük bir ölkə olduğu üçün hücumların dörd həftə və ya daha az davam edəcəyini söyləyib.
Ağ Ev lideri İranda İnqilab Keşikçiləri Korpusuna aid yüzlərlə məntəqəni vurduqlarını və 9 İran gəmisini məhv etdiklərini bildirərək, İran lideri Ayətullah Əli Xameneinin də öldürüldüyünü bildirib.
"Hazırda hərbi əməliyyatlar bütün gücümüzlə davam edir və biz bütün məqsədlərimizə çatana qədər davam edəcək. Bizim çox güclü hədəflərimiz var. Onlar iki həftə əvvəl nəsə edə bilərdilər, amma bacarmadılar. Təəssüf ki, bizim də itkilərimi var. Bu belədir. Yəqin ki, daha çox olacaq, amma bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik" deyə Tramp əlavə edib.
İranın nüvə silahına sahib olmasına icazə verə bilməyəcəklərini təkrarlayan Tramp, İranın terrorun sponsoru olduğunu və buna qarşı mübarizə apardıqlarını bildirib.
Tramp İran xalqına, təhlükəsizlik qüvvələrinə, hərbçi və polislərə silahlarını yerə qoymağı tələb edib.
Qeyd edək ki, ABŞ və İsrail hücuma başlayandan bəri İranda 2000 hədəfə zərbə endirib.
Şəbnəm Mehdizadə