- 19:27
Cənubi Sudanın Abiemnom rayonunda silahlı hücum olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, onlarla silahlı gənc Ruvenq İnzibati Bölgəsinə hücum edərək bazarları və evləri yandırıb.
Hücumlar zamaı iki yüksək rütbəli məmur da daxil olmaqla 169 nəfər ölüb, 50 nəfər yaralanıb.
Ordunun hücumçuları ərazidən qovduğunu və bölgəyə tam nəzarəti ələ aldığı bildirilib.
Hücumdan sonra üç günlük matəm elan edilib.
Şəbnəm Mehdizadə