Tramp: ABŞ və İsrail İranın 49 yüksəkvəzifəli rəsmisini məhv edib


  • 20:28

ABŞ Prezidenti Donald Tramp İrana endirilən zərbələr nəticəsində bu ölkənin 49 yüksəkvəzifəli nümayəndəsinin məhv edildiyini, bunun isə ölkənin idarə olunmasını ciddi şəkildə zəiflətdiyini bəyan edib.

E-huquq.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu CNN-ə açıqlayıb.

Onun sözlərinə görə, hazırda hətta iranlıların özləri də ölkəni kimin idarə etdiyini bilmirlər:

"Biz İranın 49 yüksəkvəzifəli nümayəndəsini məhv etdik. Onlar liderlər idi və bəziləri müxtəlif vəzifələrə nəzərdən keçirilirdi. Hazırda biz ölkəni kimin idarə etdiyini bilmirik. Onlar da bilmirlər".

ABŞ Prezidenti vurğulayıb ki, iranlılar iranlıların lovğalanıb bir yerə toplaşmaqları onların məğlubiyyət səbəbidir. O həmçinin əlavə edib ki, ABŞ İranla uranın zənginləşdirilməsinin dayandırılması barədə razılığa gələ bilməyib, danışıqlar üzrə təkliflər isə daim geri qaytarılıb.

Trampın sözlərinə görə, son zərbələr İran təhdidinin neytrallaşdırılması və regionda təhlükəsizliyinin gücləndirilməsi üzrə uzunmüddətli kampaniyanın bir hissəsidir.

Tramp vurğulayıb ki, ABŞ və İsrailin addımları nüvə silahı təhdidinin qarşısının alınmasına və regionda strateji sabitliyin möhkəmləndirilməsinə yönəlib.

Oxşar xəbərlər