İsrail ordusu İordan çayının qərb sahillərinə basqın edib


  • 14:43

İsrail ordusu İordan çayının qərb sahilinin Ramallah, Əl-Xəlil və Qalqiliya şəhərlərində fələstinlilərin evlərinə basqın edib.

E-huquq.az xəbər verir ki, bu barədə Fələstinli Məhbusların Media Ofisi tərəfindən verilən yazılı açıqlamada bildirilib.

Basqınlar zamanı ikisi qadın olmaqla 40 nəfər saxlanılıb.

Fələstinli rəsmi mənbələrin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri İordan çayının qərb sahilində İsrail ordusunun hücumları nəticəsində ən azı 1118 fələstinli həlak olub, 11 min 700-dən çox insan yaralanıb, 22 minə yaxın fələstinli isə saxlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər