Qazaxıstanda kafedəki partlayışda 9 nəfər ölüb


  • 16:05

Qazaxıstanın Akmola vilayətində kafedə baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Akmola vilayəti Səhiyyə İdarəsinin rəhbəri Nariman Yermek məlumat verib.

Faktla bağlı RF Cinayət Məcəlləsinin 292-ci maddəsinin 3-cü hissəsi ilə (Yanğın təhlükəsizliyi tələblərinin pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Kafenin sahibi saxlanılıb.

Xatırladaq ki, fevralın 26-da axşam saatlarında Akmola vilayətinin Şuçinsk şəhərində yaşayış binasının yanında yerləşən kafedə partlayış baş verib.

Humay Eminqızı

Oxşar xəbərlər