- 23:06
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda davam edən müharibə ilə bağlı danışarkən Türkiyənin mövqeyinin əsla bitərəf ola bilməyəcəyini bildirib.
E-huquq.az xəbər verir ki, Ərdoğan qlobal ədalətsizliyin hökm sürdüyü bir dövrdə Türkiyənin sülh və əmin-amanlıq tərəfdarı olduğunu vurğulayıb:
“Biz qardaşlarımızın və qonşularımızın əmin-amanlığını pozan hadisələrdə bitərəf deyilik. Bütün dünyanın gələcəyini təhdid edən məsələlərdə də bitərəf deyilik. Əksinə, Türkiyə olaraq sülhün və sabitliyin tərəfindəyik”, – deyə Ərdoğan deyib.