İstanbulda güclü dumana görə magistral yollarda görünüş məsafəsi azaldılıb


  • 12:18

Türkiyənin İstanbul şəhərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi azaldılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, körpülər və hündürmərtəbəli binalar duman səbəbindən qismən görünməz olub.

Beşiktaş, Sarıyer, Beyoğlu, Ümraniye, Üsküdar, Beykoz, Çekmeköy, Sancaktepe və Sultanbəyli ərazilərində sürücülərə ehtiyatlı olmaq tövsiyə edilib.

Yollarda hərəkət iştirakçıları sürəti azaltmağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırılıb.

Dumanın nə vaxtadək davam edəcəyi barədə məlumat verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər