- 13:48
Türkiyənin Ordu şəhərində sərxoş sürücü 5 nəfərin yaralanmasına səbəb olan yol qəzası törədib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ünye rayonunda iki minik avtomobili toqquşub.
Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb edilib.
Hadisə nəticəsində yaralanan 5 nəfər xəstəxanaya yerləşdirilib.
Qəzaya səbəb sərxoş vəziyyətdə olan sürücünün idarəetməni itirməsi olub.
Yusif Şükürov