- 13:48
İranın bölgədə həyata keçirdiyi cavab hücumları nəticəsində Birləşmiş Ərəb Əmirliklərnin (BƏƏ)hava limanlarında qapalı qalan 17 498 sərnişinin 60 reyslə təxliyə edildiyini açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə BƏƏ-nin iqtisadiyyat və turizm naziri Abdullah bin Touq əl-Marri məlumat verib.
Nazir bölgədə baş verən hadisələr səbəbindən hava limanlarında qalan sərnişinlər üçün xüsusi uçuşlar təşkil edildiyini bildirib. Onun sözlərinə görə, ilk mərhələdə BƏƏ hava limanlarından həyata keçirilən 60 reyslə 17 498 sərnişin təxliyə olunub.
Nazir qeyd edib ki, növbəti mərhələdə 80-dən çox planlaşdırılmış uçuş vasitəsilə 27 mindən artıq sərnişinin təxliyəsi nəzərdə tutulur.
Qeyd olunub ki, hava limanlarının müvəqqəti bağlanması səbəbindən ölkədə qalan təxminən 20 min sərnişinin yerləşdirilməsi də BƏƏ tərəfindən təmin edilib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin başlatdığı hücumlara cavab olaraq İran ABŞ hərbi bazalarının yerləşdiyi Körfəz ölkələrində, eləcə də Qətər, BƏƏ, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, İordaniya, Oman, Suriya və İraqda müəyyən hədəflərə pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib.
Şəbnəm Mehdizadə