İsrail ordusu Livanın 30 şəhərini hücumla hədələyib


  • 12:52

İsrail ordusu Livanın cənubundakı 30 şəhəri hücumla hədələyib və ərazinin dərhal boşaldılmasını tələb edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İsrail ordusu Livanın cənubundakı 16 kənd və qəsəbədə Hizbullah hədəflərini bombalayacaq. Məlumatda həmin kənd və qəsəbənin sakinlərinə dərhal evlərini tərk etmələri tələb edilib.

Qeyd olunub ki, sakinlər ən azı bir kilometr uzaqlaşsınlar və evlərinə qayıtmasınlar.

Bundan başqa orudunun Livanın cənubunda daha 14 şəhərə hücum edəcəyi də əlavə olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər