- 13:48
"Almaniya Silahlı Qüvvələrinin üzləşdiyi ən böyük problem kadr çatışmazlığıdır".
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Almaniya Bundestaqının yeni hərbi komissarı Henninq Otte söyləyib.
O, könüllülük sistemi uğursuz olarsa məcburi hərbi xidmətin qaçılmaz olacağını bildirib.
"Siyasi məqsədlər hərbi reallığa kölgə salmaq riski daşıyır. Əgər könüllü xidmət modeli kifayət deyilsə, növbəti addım məcburi hərbi xidmətə qayıtmaq olacaq Alman ordusunun təcili modernləşdirmə və radikal kadr strategiyasına ehtiyac" - deyə Otte bildirib.
Qeyd edək ki, Almaniya 2030-cu illərin ortalarına qədər aktiv əsgərlərinin sayını 185.000-dən 260.000-ə, ehtiyat əsgərlərinin sayını isə iki dəfə artıraraq 200.000-ə çatdırmağı planlaşdırır.
2025-ci ilin sonunadək ölkədə aktiv əsgərlərin sayının 3000 nəfər artacağı proqnozlaşdırılsa bəzi məqamlar ordunun böyüməsinə mane olur.
Şəbnəm Mehdizadə