- 13:48
Son iki həftədə Türkiyənin 35 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyatlar keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, təhülkəsizlik qüvvələri tərəfindən 35 vilayətdə eyni vaxtda birgə əməliyyat keçirilib.
Əməliyyatlar çərçivəsində daha əvvəl İŞİD terror təşkilatı tərkibində fəaliyyət göstərən 184 şübhəli nəzarətə götürülüb.
Şübhəlilərdən 22-si həbs edilib, 33-ü haqqında məhkəmə nəzarəti tədbirləri tətbiq olunub
Əməliyyatlar zamanı həmçinin çoxlu silah-sursat və sənədlər ələ keçirilib.
Şəbnəm Mehdizadə