İran gəmisi sualtı qayığın hücumuna məruz qalıb, ölən və yaralılar var


  • 16:04

İran gəmisi Şri-Lanka sahillərində sualtı qayığın hücumuna məruz qalıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumun kim tərəfindən həyata keçirildiyi hələlik bəlli olmasa da, mənbələr gəminin batdığını bildirib.

Hücum nəticəsində 101 nəfər itkin düşüb, 1 nəfər ölüb, 78 nəfər yaralanıb.

Şri-Lanka donanmasının sözçüsü bildirib ki, hadisə zamanı yaralanan 32 nəfər dəniz qüvvələri tərəfindən xilas edilib və xəstəxanada müalicə olunur.

Şri-Lankanın xarici işlər naziri Vicita Herath parlamentdə bildirib ki, donanma gəmidən gələn təcili çağırışa cavab verib və yerli vaxtla səhər saat 6:00-da xilasetmə əməliyyatına başlayıb. Nazir ordunun ən az 30 nəfəri xilas etdiyini və Şri Lankanın lazımi addımları atacağını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər