Fermada güclü yanğın: yüzlərlə ev quşu tələf oldu


  • 13:01

Türkiyənin Bursa şəhərində güclü yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bursanın İnegöl rayonunda quşçuluq fermasında naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə yanğınsöndürmə briqadaları göndərilib.

Yanğın yanğın söndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində 250 toyuq, 150 cücə və 180 qaz tələf olub, fermaya ziyan dəyib.

Yanğının səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər