- 14:12
İranda hakimiyyət orqanları İsraillə əlaqədə ittiham etdiyi peyk xəbər kanalı olan "Iran International" ilə əməkdaşlıqda şübhəli bilinən 18 nəfəri saxlayıb.
E-huquq.az xəbər verir ki, İran Kəşfiyyat Nazirliyi saxlanılan şəxslərin ABŞ və İsrail tərəfindən bombardman edildiyi bildirilən ərazilərin, eləcə də xilasetmə qruplarının yerləşdiyi yerlərin fotolarını kanala göndərdiklərini iddia edib.
Hesabatda qeyd olunur ki, bu iş çərçivəsində daha 21 nəfər şübhəli bilinir.
Şəbnəm Mehdizadə