"Danışıqları sabotaj edən Ukraynadır" - Lavrov


  • 15:46

"Rusiya-Ukrayna böhranının siyasi və diplomatik həlli ilə bağlı bütün razılaşmalara sadiqdir, onları sabotaj edən Ukraynadır".

E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Keniyanın xarici işlər naziri Musalia Mudavadi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"Biz siyasi nizamlanma cəhdləri prosesində əldə olunmuş bütün razılaşmalara sadiqliyimizi vurğuladıq. Təəssüf ki, Rusiya tərəfindən sadiq qalınan bu razılaşmalar 2022-ci ildən Ukrayna tərəfindən sabotaj edilir”, - XİN rəsmisi bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər