- 17:37
Qəzzanın cənubundakı Mavasi bölgəsində fələstinlilərin yaşadığı çadırın üzərinə divar uçması nəticəsində üç fələstinli həlak olub.
E-huquq.az xəbər verir ki, Mavasidəki divar İsrailin əvvəlki hücumları nəticəsində yaranan çatlar səbəbindən uçub.
Qeyd edək ki, Qəzza zolağında 2,4 milyon əhalinin təxminən 1,9 milyonunu təşkil edən məcburi köçkün fələstinlilər evləri İsrailin hücumları nəticəsində dağıdılandan sonra bərbad vəziyyətdə olan çadırlarda həyatda qalmaq üçün mübarizə aparır.
Bundan əlavə, minlərlə fələstinli təhlükəsiz alternativlərin olmaması səbəbindən dağılma riski ilə qismən və ya tamamilə zədələnmiş binalarda yaşamağa məcburdur.
Şəbnəm Mehdizadə