Qəzzada ölənlərin sayı açıqlandı


  • 17:01

İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 247 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 24 saat ərzində 17 yaralı xəstəxanalara çatdırılıb.

Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 671 nəfər ölüb, 1779 nəfər yaralanıb, dağıntılar altından 756 cəsəd çıxarılıb.

2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağına hücumları nəticəsində 171 878 nəfər yaralanıb.

Qəzza zolağında minlərlə cəsədin hələ də dağıntılar altında olduğu bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər