İstanbul Hava Limanı növbəti dəfə birinci oldu


  • 17:05

İstanbul Hava Limanı "Hava Nəqliyyatı Mükafatları" çərçivəsində "İlin Hava Limanı" mükafatına layiq görülüb.

E-huquq.az xəbər verir ki, bununla da İstanbul Hava Limanı altıncı dəfə bu prestijli mükafata layiq görülüb.

Qeyd edək ki, Türkiyənin dünyaya açılan qapısı olan İstanbul Hava Limanı fəaliyyətə başladığı gündən bəri altı dəfə bu mükafatı qazanmağı bacarıb. Bu mükafat, İstanbul Hava Limanının qlobal aviasiya sənayesindəki lider mövqeyini və innovasiyaları təşviq edən yanaşmalarını bir daha təsdiq edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər