Kuba sahillərində 5,8 bal gücündə zəlzələ oldu


  • 09:12

Kuba yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 272 min əhalisi olan Quantanamo şəhərindən 91 kilometr şərqdə yerləşib.

Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Humay Eminqızı

Oxşar xəbərlər