Məzmuna keç

“Ukraynanın son bir həftə ərzində endirdiyi zərbələr nəticəsində 40-a yaxın Rusiya vətəndaşı həlak olub” –

Ötən həftə Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində Rusiyada 37 mülki şəxs həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik məlumat yayıb.

O bildirib ki, 6-sı uşaq olmaqla 202 nəfər isə yaralanıb.

“Bir həftə ərzində Ukraynaya məxsus PUA-ların hücumları nəticəsində 171 mülki şəxs xəsarət alıb ki, bu da qurbanların ümumi sayının təxminən 71%-ni təşkil edir”, – Miroşnik deyib.

Humay Eminqızı