- 14:35
Ukrayna Avropa İttifaqına daxil olmaq üçün tam şərtlər paketi alıb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Yuliya Sviridenko məlumat verib.
“Bu gün Brüsseldə Ukrayna nümayəndə heyəti Avropa İttifaqından danışıqların yekun üç klasterinə qoşulma şərtlərini alıb. Bunlar 3 “Rəqabətlilik və İnklüziv İnkişaf”, 4 “Yaşıl Gündəlik və Davamlı Əlaqə” və 5 “Resurslar, Kənd Təsərrüfatı və Birlik Siyasəti” klasterləridir”, - Sviridenko bildirib.
Ukrayna Nazirlər Kabinetinin rəhbəri xatırladıb ki, Kiyevə şərtlərin bir hissəsi artıq dekabr ayında təqdim olunmuşdu: “Ölkə artıq Aİ-yə üzvlük üçün yerinə yetirilməsi zəruri olan tam şərtlər paketinə malikdir – tarixdə ilk dəfə”.
Humay Eminqızı