- 17:04
Türkiyənin Bolu vilayətində güclü yanğın olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bolunun Gerede rayonunda bir evdə başlayan yanğın sürətlə böyüyüb və ətarafa yayılıb.
Əraziyə cəlb olunan yanğınsöndürənlər bir müddət sonra alovu söndürüb.
Hadisə nəticəsində 5 ev və 8 ot tayası yararsız hala düşüb.
Evlərə dəyən zərərin qiymətləndirilməsi istiqamətində tədbirlər görülür.
Yanğının səbəbi araşdırılır.
Şəbnəm Mehdizadə