23.10.2026
İsrail Livan əhalisinə xəbərdarlıq etdi –
Dünya

İsrail Livan əhalisinə xəbərdarlıq etdi –

Mar 18, 2026

İsrail Livanın cənubunda yaşayan əhaliyə xəbərdarlıq edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adraee məlumat verib.

O bildirib ki, İsrail ordusu Litani çayı üzərindəki keçid məntəqələrinə, ilk növbədə körpülərə hücum etməyi planlaşdırır.

Adraee təhlükə altında olan bölgədəki sakinləri evlərini tərk edərək ölkənin şimalına köçməyə çağırıb.

Şəbnəm Mehdizadə