Belçikada dövlət qulluqçuları üçün yeni mesajlaşma proqramı istifadəyə verilib


  • 16:05

Belçikada dövlət qulluqçuları üçün hazırlanmış yeni mesajlaşma proqramı istifadəyə verilib.

E-huquq.az yerli mediaya istinadən xəbər verir ki, Belçikanın Secure Communications (BSC) şirkəti tərəfindən hazırlanan “Beam” adlı yeni tətbiqdən təxminən 750 min dövlət qulluqçusu və hərbçi istifadə edəcək.

Bildirilir ki, tətbiq kənar şəxslərin “WhatsApp” və “Messenger” kimi geniş istifadə olunan mesajlaşma platformalarına casus proqramlar vasitəsilə daxil olması və məlumat sızması risklərinin qarşısını almaq məqsədilə hazırlanıb.

Yeni proqram vasitəsilə toplanan məlumatların yalnız Belçika ərazisində yerləşən təhlükəsiz serverlərdə saxlanılacağı qeyd olunur.

Tətbiqin gələn həftədən etibarən dövlət qulluqçuları arasında daha geniş şəkildə yayılması planlaşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər